5P-lər: Dayanıqlı İnkişaf Məqsədləri üçün UNIDO-nun rolu

unido

BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatı (UNIDO) Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün öz fəaliyyət istiqamətləri üzrə proqramında 5 önəmli məsələ üzərində çalışır. UNIDO-nun online resurslarında bu istiqamətdə gördükləri işləri nəzərinizə çatdırmaq istərdim. Bu həmin məsələlərin ingilis dilindəki adlarının baş hərflərinə görə 5Ps (yəni, 5P-lər) aşağıdakılardır:

  1. PEOPLE – İnsanlar

UNIDO insanları gücləndirməklə yoxsulluğa son qoymaq istəyir. Bunu etmək üçün UNIDO dünyanın hər yerində kasıb və ayrı-seçkiliyə məruz qalan cəmiyyətlərdə insanların iş tapmaları və öz həyatlarını təminat altına ala bilmələri üçün lazım olan bilik və bacarıqlarını inkişaf etdirmələrinə kömək edir.

Sahibkarlığın inkişafı üzrə proqramları ilə insanlara, xüsusilə xanımlara və gənclərə, “işdə təlim”, maliyyə və bacarıqlara çıxış imkanı yaradaraq onların öz imkanlarını yaxşılaşdırmaları üçün kömək edir. Dayanıqlı iqtisadi inkişaf, inkluziv və dayanıqlı sənaye inkişafı üçün əsas aparıcı elementlər olduğundan gender bərabərliyi və qadınların inkişaf etdirilməsi də ümumi işin vacib bir hissəsidir.

  1. PLANET – Planet

UNIDO planetimizin deqradasiyadan qorunması üzərində işləyir. “Yaşıl sənayelərin” artmasını təşviqi üzrə işləyən və ölkələrin təbii resurslardan istifadəni azaltmalarını qarşıya məqsəd qoyan UNIDO-da düşünürlər ki, resurslardan səmərəli istifadə və ekoloji təmiz istehsal proseslərini reallaşdırmaq üçün sənayenin inkişafı etdirilməsi sənayenin rəqabətqabiliyyətliliyini artırmaqla yanaşı, həm də iqlim dəyişikliyinin yumlaşdılmasına da töhfə vermiş olacaq.

UNIDO Monreal Protokolu və UNFCCC kimi ekoloji məsələlərə həsr olunmuş çoxtərəfli razılaşmaların tətbiqində ölkələrə dəstək də verir.

  1. PEACE – Sülh

UNIDO sülhsevər, ədalətli və inkluziv cəmiyyətlərin dirçəlməsi üzrə çalışır. Sosial-iqtisadi inkişaf təbii fəlakət və münaqişələrin qarşısını almaq, yayınmaq və ya bərpa etmək üçün əsas amildir. Bunun vasitəsilə təbii fəlakət və münaqişələrə görə gəlir əldə etmək üçün məhsuldar iqtisadi imkan və qabiliyyətləri azalmış insanları inkişaf etdirmək mümkündür.

UNIDO səmərəli reabilitasiya, yenidənqurma və dayanıqlı həyatın təşviqi, xüsusilə mikro və kiçik miqyaslı sahibkarlığın potensialının inkişaf etdirilməsi vasitəsilə, fəlakət vəziyyətlərinin təsirinə məruz qalmış cəmiyyətləri gücləndirmək üzrə işləyir.

  1. PROSPERITY – Tərəqqi

UNIDO bütün insanların mütərəqqi və arzulanan həyatdan zövq almalarını təmin etmək üçün işləyir. Sürətlə dəyişən qlobal iqtisadi məkanda dayanıqlı inkişaf strategiyası hər kəs üçün imkanların əlçatan olmasını və gəlirin cəmiyyətlərdə geniş bölgüsünü təmin edə bilən sənayeləşmə formasını yarada bilməkdir. UNIDO inkişaf etməkdə olan ölkələrdə məhsulların keyfiyyətinin artırılması, beynəlxalq bazarlara çıxış imkanlarının yaradılmasına kömək etmək üçün sərmaye və texnologiyaların təşviqi proqramlarını, kiçik və orta sahibkarlığın inkişafını, eləcə də ticarət imkanlarının artırılmasını dəstəkləyir.

  1. PARTNERSHISP – Əməkdaşlıq

İnkişaf nəticələrinə nail olmaq üçün əməkdaşlığı gücləndirməyi hədəfləyən UNIDO informasiya və bilikləri yaymaq, əməkdaşlığı təşkil etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru birgə ümumi yanaşma formalaşdırmaq üçün üzv ölkələri, özəl sektoru, vətəndaş cəmiyyətini və digər tərəfdaşları bir araya gətirir. Eləcə də, texniki əməkdaşlığın təsirlərini gücləndirmək və sənayenin inkişafı ilə əlaqədar əsas məsələləri təşviq etmək üçün BMT-nin digər qurumları və beynəlxalq ictimaiyyətdən digər tərəfdaşlarla işləyir. Özəl sektorlar ilə sıx işləyərək Dayanıqlı İnkişaf Məqsədlərini və biznes dəyərlərini təkmilləşdirə biləcək əməkdaşlıqlar qurulur.

Mənbə: UNIDO rəsmi internet səhifəsi.

Leave a comment